Azərbaycan futbol tarixində bir ilk yaşandı
Beynəlxalq dərəcəli hakim Elçin Məsiyev FIFA-da I kateqoriyaya yüksəlib.
TodayPress xəbər verir ki, 33 yaşlı referi beynəlxalq oyunlarda yüksək səviyyəli idarəçiliyinə görə bu ada layiq görülüb. Daha əvvəl Əliyar Ağayev bu kateqoriyaya yüksəlmişdi.
Azərbaycan futbol tarixində ilk dəfə iki hakimimiz I kateqoriyada olacaq.
Qeyd edək ki, digər FIFA referisi Kamal Umudlu isə II kateqoriyanı daşımaqda davam edəcək.
Namiq HUN
tag: FİFA, Azərbaycan, Futbol ,Kateqoriya, todaypress.az,