Azərbaycan Fransa kanalından Beynəlxalq Olimpiya Komitəsinə şikayət edəcək

İdman

27.07.2024 22:28

Azərbaycan Fransanın “France 2” telekanalında Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Bakının ünvanına səsləndirilən fikirlərlə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət edəcək.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

“Şikayət hazırlanır, Hazırda onun mətni tərtib edilir, bu gün şikayəti BOK-a göndərməyə çalışacağıq” deyə Ç.Hüseynzadə bildirib.

O əlavə edib ki, Milli Olimpiya Komitəsi şikayətin mətnini öz kanalları vasitəsilə yayacaq.

tag: BOK, Fransa, Paris-2024, Çingiz Hüseynzadə ,todaypress.az,