Azərbaycan Finlandiyanı məğlub etdi
İdman
12.09.2024 21:54
Azərbaycanın kişilərdən ibarət millisi
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat
Olimpiadasında növbəti qələbəsini qazanıb.
TodayPress xəbər verir ki, yığma II turda Finlandiyanı
məğlub edib - 3,5:0,5.
Toyvo Keynanen– Aydın Süleymanlı 0,5:0,5
Vilka Spila – Nicat Abasov 0:1
Mikael Aqopov – Rauf Məmmədov 0:1
Henri Ladelma – Məhəmməd Muradlı 0:1
Qeyd edək ki, ilk turda kişilərdən ibarət yığmamız
İordaniyanı 3,5:0,5 hesabı ilə üstələyib. Qadınlardan ibarət komandamız isə
Nikaraquanı məğlub edib - 4:0.
tag: Şahmat, Finlandiya, İordaniya,Macarıstan,todaypress.az,