Azərbaycan FIFA reytinqində gerilədi
İdman
15.10.2024 11:11
Slovakiya ilə oyun Azərbaycan millisinin FIFA reytinqinə təsirsiz ötüşməyib.
TodayPress xəbər verir ki, Millətlər Liqasının IV turunda Slovakiyaya 1:3 hesablı məğlubiyyət yığmamızın xal itkisi ilə nəticələnib.
Görüşdən sonra 3,39 xal itirən millimizin reytinq xalları 1161,79-a düşüb.
Onlayn cədvəldə 116-cı yerə enən Azərbaycan Zimbabveni özündən irəli buraxıb.
Son siyahıda 113-cü olan milli komanda Tallin və Bakı görüşlərindən sonra 3 pillə geriləyib.
Namiq HUN
tag: Slovakiya ,Azərbaycan ,FIFA, Reytinq ,Tallin ,todaypress.az,