Azərbaycan Dünyada 51-ci, Avropada 27-cidir

İdman

23.09.2024 17:10

Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.

TodayPress xəbər verir ki, cədvəldə il ərzində baş tutan yarışların nəticələri əks olunub.

Azərbaycan dünya ölkələri arasında 51-cidir. İdmançılarımız 8 növdə 204 xal toplayıb.

Cüdo yığmamız bu göstəricidə 65 xalla liderdir.

Boksda 32, sərbəst güləşdə 28, yunan-Roma güləşində 25, taekvondoda 24, basketbolun 3x3 növündə 18, bədii gimnastikada 8, atletikada 4 xal qazanılıb. 

Azərbaycan ümumi siyahıda Finlandiya, Gürcüstan, Bolqarıstan, Kuba, Yamayka kimi ölkələri qabaqlayıb.

Komandamız Avropa ölkələri arasında 27-cidir. 

Namiq HUN

tag: Azərbaycan ,Güləş, Gürcüstan, Finlandiya, Kuba ,Bolqarıstan, Cüdo, todaypress.az,