Azərbaycan Dünya Köçəri Oyunlarında İLK MEDALLARINI qazandı
İdman
09.09.2024 16:36
Qazaxıstanda V Dünya Köçəri Oyunları keçirilir.
TodayPress xəbər verir ki, Azərbaycan idmançısı Astana turnirinin ilk medalını qazanıb.
Elşən Dünyamalıyev (55 kq) qazax güləşində monqolustanlı Qantuq Bayantura qalib gələrək bürünc medala sahib olub.
Təmsilçimiz Ülviyyə Bayramova (52 kq) da bürünc medalı qazanıb. O, moldovalı Mariya Leordaya qalib gələrək bu nəticəni əldə edib.
Qeyd edək ki, V Dünya Köçəri Oyunlarında Azərbaycan qazaq güləşi, manqala, aba, koreş, mas-reslinq, kuraş, alış və ənənəvi oxatma üzrə ümumilikdə 54 idmançı ilə təmsil olunur.
Namiq HUN