Azərbaycan Dünya Köçəri Oyunlarında 5-ci medalını qazandı - FOTO - YENİLƏNDİ
İdman
11.09.2024 16:31
Qazaxıstanda V Dünya Köçəri Oyunları davam edir.
TodayPress xəbər verir ki, Azərbaycan təmsilçiləri Astana yarışında alış idman növü üzrə ilk medallarını qazanıblar.
Şəhanə Alməmmədova (75 kq) və Cəsur Mehdiyev (80 kq) bu növdə yarışı bürünc medalla başa vurublar.
Qeyd edək ki, daha əvvəl qazaq güləşində Eyvaz Baxşıyev (60 kq) gümüş, Elşən Dünyamalıyev (55 kq), Ülviyyə Bayramova (52 kq) isə bürünc medal qazanıb.
Namiq HUN
tag: Qazaxıstan, Azərbaycan, Astana, Şəhanə Alməmmədova, Bürünc Medal ,todaypress.az,