Azərbaycan Dünya Cüdo Turunda gerilədi

İdman

14.05.2025 12:21

9

Azərbaycan Dünya Cüdo Turunun ümumi sıralamasında altıncı yerə düşüb.   

TodayPress xəbər verir ki, komandamız Astanada keçirilən “Böyük Dəbilqə” turnirindən sonra Çindən geri düşüb. 

Azərbaycan bürünc mükafatların sayına görə Çindən geri qalır. 

Qeyd edək ki, ilin əvvəlindən cüdoçularımız Dünya Turunda ümumilikdə dörd qızıl, dörd gümüş və beş bürünc medal qazanıb. 

Yaponiya (22-19-19) Dünya Turunun lideridir. İlk üçlüyü IJF bayrağı altında çıxış edən idmançılar (12-10-11) və Fransa (11-9-20) təşkil edir.   

Namiq HUN

tag: Azərbaycan,Cüdo,Turnir,Reytinq,Todaypress.az,