Azərbaycan dünya çempionatında mübarizəni davam etdirir
İdman
08.10.2024 09:20
İspaniyada çimərlik futbolu üzrə dünya çempionatı keçirilir.
TodayPress xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığma komandası seçmə mərhələdə son oyununa çıxıb.
Kadis turnirində İspaniya komandası ilə qarşılaşan millimiz məğlubiyyətlə barışıb. Oyun meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandamız qrupun digər matçlarında İngiltərə (4:0) və Gürcüstan (7:2) yığmalarını məğlub edib.
A qrupda ikinci yeri tutan Azərbaycan komandası 1/8 finala vəsiqə qazanıb. Pley-off matçı oktyabrın 9-da keçiriləcək.
Namiq HUN
tag: İspaniya ,Azərbaycan ,İngiltərə ,Çimərlik ,Dünya, Çempionat ,todaypress.az,