Azərbaycan dueti Rumıniyada ikinci oldu
Rumıniyada keçirilən fiqurlu konkisürmə üzrə beynəlxalq turnir Azərbaycan idmançılarının uğurlu çıxışı ilə başa çatıb.
TodayPress xəbər verir ki, təmsilçilərimiz “Edusport Trofi”nin mükafatçıları sırasına adlarını yazdırıblar.
Maksin Ueterbi və Aleksandr Kolosovski dueti buz üzərində rəqslərdə bacarıqlarını göstəriblər.
Onlar bədii rəqsdə 65,14, sərbəst çıxışda 95,12 nəticə göstəriblər.
Hər iki proqramda ikinci yeri tutan duet yekunda da 160,26 xalla turnirin gümüş mükafatını qazanıb.
Namiq HUN
tag: Aleksandr Kolosovski ,Azərbaycan ,Turnir ,Rəqs ,todaypress.az,