Azərbaycan cütlüyü Dünya kubokunun favoritidir
Portuqaliyada aerobika üzrə Dünya kubokunun ilk mərhələsi keçiriləcək.
TodayPress xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası (FIG) mundial ərəfəsində turnirin favoritlərini araşdırıb.
Qurum aerobika mövsümünün startı ərəfəsində Azərbaycanın Mədinə Mustafayeva - Vladimir Dolmatov cütünü qeyd edib.
“Son dünya çempionatı ilə növbəti Dünya Oyunları arasında favoritlər Dünya kuboku mövsümünün startına hazırlaşırlar. 2021-ci ildə aerobika rəqsləri üzrə dünya çempionu titulunu qazanan Mədinə Mustafayeva ötən il Vladimir Dolmatovla birlikdə qarışıq cütlükdə çıxış edərək mundialda gümüş medala layiq görülüblər. Ukrayna və İtaliyadan olan duetlər də Dünya kubokunun ilk mərhələsində titul uğrunda mübarizə apara bilərlər” FIG portalı yarışla əlaqədar yazıb.
Qeyd edək ki, aerobika üzrə Dünya kubokunun ilk mərhələsi martın 21-23-də Portuqaliyanın Cantanhede şəhərində keçiriləcək.
Namiq HUN
tag: Azərbaycan,Aerobika,Portuqaliya,Çempionat,Todaypress.az,