Azərbaycan cüdoçusu qızıl medal qazandı
İdman
13.10.2024 11:57
Azərbaycanın bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də qızıl medal qazanıb.
TodayPress xəbər verir ki, Zelim Tçkayev (81 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.
Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, "Böyük Dəbilqə" oktyabrın 13-də başa çatacaq.
tag: Cüdo,Böyük Dəbilqə,BƏƏ,Zelim Tçkayev,todaypress.az,