Azərbaycan cüdoçusu QIZIL MEDAL qazandı
Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
TodayPress xəbər verir ki, Vüsal Qələndərzadə (73 kq) yarımfinala qədər kosovolu və türkiyəli rəqiblərinə qalib gəlib. Qələndərzadə finala aparan yolda gürcü Mate Beruaşvilidən güclü olub. Vüsal həlledici görüşdə isə bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl millimizin heyətində Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) Avropa çempionatının qızıl medalını qazanıblar. Nizami İmranov (60 kq) isə turnirin gümüş medalı ilə kifayətlənib.
Namiq HUN
tag: Tallin, Estoniya, Azərbaycan ,Qızıl Medal ,Vüsal Qələndərzadə, todaypress.az,