Azərbaycan cüdoçusu Parisdə bürünc medal qazandı
İdman
01.02.2025 22:37
Azərbaycanın daha bir cüdoçusu Fransanın
paytaxtı Parisdə təşkil olunan "Böyük Dəbilqə" turnirində fəxri
kürsüyə yüksəlib.
TodayPress xəbər verir ki, 73 kq çəki dərəcəsində
mübarizə aparan Rəşid Məmmədəliyev yarışın bürünc medalını qazanıb.
O, üçüncü yer uğrunda görüşdə Portuqaliya təmsilçisi
Otari Kvantidzeyə qalib gəlib.
Qeyd edək ki, bu gün Azərbaycanın digər cüdoçusu Ruslan
Paşayev (66 kq) turnirin qızıl medalına sahib çıxıb.
tag: Azərbaycan, Fransa, Paris, Bürünc, Medal, Rəşid Məmmədəliyev, todaypress.az,