Azərbaycan cüdoçusu dünya reytinqində liderdir
İdman
08.10.2024 18:20
Beynəlxalq Cüdo Federasiyası Tacikistan mundialından sonra dünya reytinq cədvəlini yeniləyib.
TodayPress xəbər verir ki, Azərbaycan cüdoçularının mövqeyində dəyişiklik olub.
+100 kiloqramda dünya çempionatının gümüş medalını qazanan Kənan Nəsibov ilk sıraya yüksəlib. Onun aktivində 800 xal var.
Düşənbə turnirində üçüncü olan Süleyman Şükürov (81 kq) sıralamanın ikincisidir.
Komandamıza dünya çempionatının ikinci bürünc medalını qazandıran Əjdər Bağırov (100 kq) isə 8-ci yerə qalxıb.
Namiq HUN
tag: Kənan Nəsibov ,Cüdo ,Reytinq ,Azərbaycan , Süleyman Şükürov ,todaypress.az,