Azərbaycan cüdoçusu ciddi zədə aldı

İdman

31.07.2024 15:51

Elcan Hacıyev Paris Olimpiadasında 1/8 final görüşü zamanı zədələnib.

TodayPress xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançının fransalı Nqayap Hambuya uduzduğu qarşılaşmada çiyni çıxıb.

Hacıyev xəstəxanaya aparılıb.

Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib. 

Namiq HUN

tag: Elcan Hacıyev,Azərbaycan, Türkiyə, Mixael Zqanka, Paris, todaypress.az,