Azərbaycan cüdoçularının növbəti “Böyük Dəbilqə” sınağı

İdman

12.03.2025 12:31

2522

Cüdo üzrə Tbilisidə keçiriləcək “Böyük Dəbilqə” turniri ilin əvvəlindən iştirakçı ölkə və idmançıların sayına görə ən kütləvi yarış olacaq.   

TodayPress xəbər verir ki, turnirdə 52 ölkədən 435 cüdoçu çıxış edəcək. 

Azərbaycan komandası da martin 21-23-də keçiriləcək Tbilisi turnirində mükafatlar uğrunda mübarizə aparacaq.   

Kişi cüdoçuların turnirində tatamiyə Hüseyn Allahyarov, Murad Muradlı (hər ikisi 60 kq), Rəşad Elkiyev, Nazir Talıbov (hər ikisi 66 kq), Rüfət Şövlətov, Qədir Hüseynov (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (81 kq) və Elmar Qasımov (100 kq) çıxacaqlar.   

Qadın cüdoçuların turnirində isə millinin heyətinə Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) daxil ediliblər. 

Namiq HUN

tag: Cüdo,Böyük Dəbilqə,Turnir,İdman,Todaypress.az,