Azərbaycan cüdoçularının İstanbul uğuru

İdman

05.05.2025 11:30

5

Gənc cüdoçuların Türkiyədə keçirilən Avropa Kuboku turniri başa çatıb.   

TodayPress xəbər verir ki, İstanbul turnirinin son yarış günündə millimiz 4 medal qazanıb. 

Aslan Kotsoyev (90 kq) bütün görüşlərdə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mehdi Abbasov (81 kq), Ramazan Əhmədov (+100 kq) və Xədicə Qədəşova (52 kq) isə bürünc medal əldə ediblər. 

Qeyd edək ki, yarışın ilk günündə Nizami İmanov (66 kq) millimizə qızıl, Nihad Məmişov və Fərid Qarayev (hər ikisi 60 kq) isə bürünc medal qazandırıb. 

Ümumilikdə, Azərbaycan yığma komandası Avropa Kubokunu 2 qızıl və 5 bürünc medalla başa vuraraq 31 ölkə arasında 4-cü, kişilərin turnirində isə 2-ci yeri tutub.   

Namiq HUN

tag: Aslan Kotsoyev,Cüdo,İstanbul,Uğur,Todaypress.az,