Azərbaycan cüdoçularının 2 qızıl və 2 bürünc medal şansı
Gürcüstanda cüdo üzrə Avropa kuboku turniri keçirilir.
TodayPress xəbər verir ki, böyüklər arasında təşkil olunan Qori turnirində Azərbaycan idmançıları da çıxış edir.
İlk yarış günündə 12 cüdoçumuz tatamiyə çıxıb. Onlardan Babarəhim Mirzəyev (60 kq) və Nazir Talıbov (66 kq) finala yüksəliblər.
Murad Əliyev (60 kq) və Nəriman Mirzəyev (73 kq) isə turnirin bürünc medalları uğrunda mübarizə aparacaqlar.
Namiq HUN
tag: Cüdo,Kobuk,Turnir,Medal,Todaypress.az,