Azərbaycan çempionu rəqiblərini tanıdı

İdman

04.07.2024 17:20

“Araz-Naxçıvan” futzal klubunun Çempionlar Liqasında rəqibləri müəyyənləşib

UEFA-nın İsveçrənin Nyon şəhərindəki iqamətgahında Çempionlar Liqasının 2024/2025 mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.

TodayPress xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Araz-Naxçıvan”ın da rəqibləri bəlli olub.

Təmsilçimiz ilk mərhələdə H qrupunda “Uddevalla” (İsveç), “Sillamae Silla” (Estoniya) və “Sparta” (Belfast, Şimali İrlandiya) ilə qarşılaşacaq.

Oyunlar avqustun 20-25-də İsveçdə keçiriləcək.

Namiq HUN

tag: Azərbaycan, Çempion, Araz-Naxçıvan, Mərasim, İsveçrə, todaypress.az,