Azərbaycan çempionatının oyunları təxirə salındı

İdman

07.02.2025 18:24

2239

Aşağı yaş qrupları üzrə futbolçular arasında Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.

TodayPress xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. 

Bütün zonalar üzrə 8-9 fevral tarixində keçirilməsi planlaşdırılan AFFA U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb. 

Namiq HUN

tag: Futbol,Azərbaycan ,Çempionat,AFFA,todaypress.az,