Azərbaycan “Böyük Dəbilqə”də kvarteti tamamlayır

İdman

03.05.2025 13:00

9

Cüdo üzrə Azərbaycan yığma komandası Tacikistanda keçirilən “Böyük Dəbilqə” turnirində dördüncü pillədə qərarlaşıb.   

TodayPress xəbər verir ki, millimizin hesabında Balabəy Ağayevin (60 kq) Düşənbə turnirində qazandığı bir qızıl medal var. 

Azərbaycan bu nəticə ilə Özbəkistan, Çin, Qazaxıstan və Yaponiya kimi ölkələri qabaqlayır. 

Fransa “Böyük Dəbilqə”nin liderdir (2-0-2). Tacikistan (1-2-2) siyahıda  ikinci, Monqolustan (1-0-1) isə üçüncü yeri tutur.   

Namiq HUN

tag: Azərbaycan,Böyük Dəbilqə,Kvartet,Cüdo,Todaypress.az,