Azərbaycan "Böyük Dəbilqə"də 11 cüdoçu ilə iştirak edəcək
İdman
28.01.2025 13:56
Fevralın 1-2-də Parisdə keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirində 54 ölkədən idmançılar mübarizə aparacaq.
TodayPress xəbər verir ki, turnirdə ümumilikdə 318 cüdoçunun çıxış edəcəyi gözlənilir.
Azərbaycan komandası “Böyük Dəbilqə” turnirində 11 idmançı ilə təmsil olunacaq.
Ən kütləvi 37 cüdoçunun mübarizə aparacağı 73 kq-a qədər çəki dərəcəsi olacaq. Bu çəkidə ölkəmizin idman şərəfini Rəşid Məmmədəliyev və Vüsal Qələndərzadə təmsil edəcək.
Bundan başqa Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşid Elkiyev (hər ikisi 66 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq) turnirin mükafatları uğrunda mübarizə aparacaqlar.
Namiq HUN
tag: Paris,Böyük Dəbilqə,Azərbaycan ,Komanda,todaypress.az,