Azərbaycan boksçusu Olimpiadaya qələbə ilə başladı
Azərbaycanın daha bir boksçusu
Paris-2024 Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
TodayPress xəbər
verir ki, 80 kq-da çıxış edən Murad Allahverdiyev debütdə Abdelrahman
Abdelqavvadı (Misir) mübarizədən kənarlaşdırıb.
Təmsilçimiz rəqibini 5:0
(30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.
Allahverdiyevin ikinci görüşü
avqustun 2-də olacaq. O, qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gələcək.
Qeyd edək ki, yığmamız Parisə
5 boksçu ilə yollanıb. Onlardan Alfonso Dominqes (92 kq) 1/4 finala yüksəlib.
tag: Boksçu, Olimpiada, Azərbaycan, Paris-2024, Qələbə, todaypress.az,