Azərbaycan boksçusu ilk medalı təmin etdi
İdman
01.08.2024 20:50
Azərbaycanın boks millisinin
üzvü Alfonso Dominges bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 1/4 final
döyüşünə çıxıb.
TodayPress xəbər
verir ki, 92 kq. çəki dərəcəsində yarışan milliləşdirilmiş kubalı idmançı
Qazaxıstanı təmsil edən Aybek Oralbayla qarşılaşıb. A.Dominges 2021-ci ilin
dünya çempionu, Aybek Oralbay 2022-ci ilin Asiya çempionudur. Dominges
Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal da qazanıb.
Bu görüşdə rəqibinə qalib gələn
Dominges yarımfinala çıxaraq ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, A.Dominges
Paris-2024-ə 1/8 finaldan başlayıb. Dominges bu yarışın favoritlərindən olan,
Rio-2016 və Tokio-2020 Olimpiya Oyunlarının qalibi, eləcə də beşqat dünya
çempionu Xulio Sesar Krusa qalib gəlib.
tag: Alfonso Dominges, Boksçu, Paris-2024, Yay Olimpiya Oyunları, todaypress.az,