Azərbaycan boksçusu diskvalifikasiya olundu
Azərbaycan boksçusu Fərid Sadıqov dopinqə görə 48 aylıq diskvalifikasiya olunub.
TodayPress Azərbaycan Milli Antidopinq Agentliyinə istinadən xəbər verir ki, boksçunun nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu aşkarlanıb.
Sadıqov qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə cəhdinə görə də cəzalandırılıb.
Azərbaycan çempionatının bürünc medalçısının cəzasının qüvvəyə minmə tarixi 2024-cü il yanvarın 1-i göstərilib.
Sanksiyanın müddəti 2028-ci il yanvarın 1-nə qədərdir.
Namiq HUN
tag: Fərid Sadıqov,Boksçu,Diskvalifikasiya,Dopinq,Todaypress.az,