Azərbaycan boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazandı

İdman

09.03.2025 10:15

2746

Azərbaycanın gənc boksçusu Zidan Hümbətov (54 kq) Monteneqronun Budva şəhərində keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində finala vəsiqə qazanıb.

TodayPress xəbər verir ki, o, finala gedən yolda Ali Muratla (Qazaxıstan) üz-üzə gəlib.

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Hümbətov rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

O, finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşəcək.

Azərbaycanın digər boksçularından Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) isə turniri bürünc medalla başa vurublar.

tag: Azərbaycan,Boks,Zidan Hümbətov,Monteneqro,Budva,Ali Murat,todaypress.az,