Azərbaycan boksçularının əkiz rəqibləri
İdman
01.08.2024 15:05
Paris Olimpiadasında Azərbaycanı təmsil edən 5 boksçudan cəmi 2 dəri əlcək ustası mübarizəni davam etdirir. Alfonso Dominqes (92 kq) və Murad Allahverdiyev (80 kq) ən güclü "8-liy"ə adlarını yazdırıblar.
TodayPress xəbər verir ki, hər iki boksçumuzun 1/4 finaldakı rəqibləri qazaxıstanlı əkiz qardaşlar - Nurbek və Aybek Oralbaylar olacaq. Alfonso bu gün Aybeklə, Allahverdiyev isə sabah Nurbeklə rinqdə münasibətlərinə aydınlıq gətirəcək.
Ötən il Özbəkistanda keçirilən son dünya çempionatında Muradı məğlub edən Nurbek yekunda mundialın qızıl medalına yiyələnib.
Dünya çempionumuz Domingeslə üzləşəcək Aybek də “dişli” rəqibdir. Alfonso Muraddan fərqli olaraq bu qarşıdurmanın favoritidir.
Qeyd edim ki, 1/4 finalda qalib gələn boksçular ən azı Paris Olimpiadasının bürünc medalını təmin edəcək.
Xatırladaq ki, son 6 Olimpiya Oyunlarından Azərbaycan boksçularının qazancı 1 gümüş və 8 bürünc medal olub.
Namiq HUN
tag: Azərbaycan, Boks, Dominges, Paris 2024, Allahverdiyev, todaypress.az,