Azərbaycan boksçuları mundialı 5 medalla bitirdi

İdman

04.11.2024 09:30

TodayPress xəbər verir ki, gənc boksçuların Monteneqroda keçirilən dünya çempionatının son günündə Əli Abdullayev (63,5 kq) komandamıza daha bir gümüş medal qazandırıb. 

O, Budva turnirinin finalında Özbəkistan boksçusu Abdulaziz Jurakulovla qarşılaşıb.

Görüş üçüncü raundda həkimlərin qərarı ilə dayandırılıb və rəqib qalib elan edilib. 

Qeyd edək ki, Əlidən əvvəl Bilalhəbaşi Nəzərov (48 kq) dünya çempionatının gümüş, Məhəmmədəli Qasımzadə (60 kq), Zidan Hümbətov (51 kq) və Aynur Mikayılova (57 kq) isə bürünc medalını qazanıb.

Milli komanda medal sayında mundiallar tarixində özünün ən yaxşı göstəricisinə imza atıb.

Namiq HUN

tag: Azərbaycan, Boks,Əli Abdullayev, Monteneqro, todaypress.az,