Azərbaycan boksçuları Avropa çempionatında 4 medal qazandı - FOTO
İdman
21.10.2024 09:02
Gənc boksçuların Bolqarıstanda keçirilən Avropa çempionatı başa çatıb.
TodayPress xəbər verir ki, millimizin Sofiya turnirindən qazancı 3 gümüş və 1 bürünc medal olub.
Komandamızın aktivinə sonuncu, 4-cü mükafatı Murad Allahverdiyev (80 kq) yazdırıb. Boksçumuz finalda Sezar Yojerlinə (Fransa) məğlub olduğundan Avropa çempionatında fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Ondan öncə Tural Sarıyevlə (48 kq) Nicat Hüseynov (51 kq) də yarışda gümüş medala sahib olub. Marjona Savriyeva (50 kq) isə qitə yarışının bürünc medalı ilə kifayətlənib.
Namiq HUN
tag: Azərbaycan, Boks, Sofiya, Bolqarıstan,Medal, todaypress.az,
![photo](/uploads/news/6715e05dc4610.jpg)
![photo](/uploads/news/6715e0668a0ea.jpg)