Azərbaycan batutçuları İtaliyaya yollanırlar
İtaliya batut üzrə Dünya kuboku seriyasına ev sahibliyi edəcək.
TodayPress xəbər verir ki, batut gimnastikasının ulduzları aprelin 4-6-da Riççione şəhərində bir araya gələcəklər.
23 ölkə gimnastlarının reytinq turnirində Azərbaycanı Selcan Mahsudova və Əli Niftəliyev təmsil edəcək.
Onlar Bakıda keçirilən Dünya kubokunda batutun yeni növü olan qarışıq cütlüklər arasında sinxron tullanmada bürünc medal qazanıblar.
Namiq HUN
tag: Azərbaycan,BAtut,İdman,İtaliya,Todaypress.az,