Azərbaycan basketbol millisi Ermənistanı məğlub edərək yarımfinala yüksəldi
İdman
25.07.2024 20:45
18 yaşadək basketbolçu
oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu
keçirib.
TodayPress xəbər verir ki, C
divizionunda çıxış edən yığmamız B qrupunun son matçında Ermənistanla görüşüb.
Görüş milli komandamızın 76-69
hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu Azərbaycan
kollektivinin üzvü Derin Berköz seçilib. Yığma bu qələbədən sonra qrup lideri
olaraq yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, yarımfinal mərhələsi iyulun 27-də baş tutacaq.
tag: Ermənistan, Azərbaycan, Basketbol, Qələbə,todaypress.az,