Azərbaycan basketbol millisi Avropa çempionatında finala yüksəldi
İdman
27.07.2024 23:10
Azərbaycan basketbol millisi
Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında Avropa
çempionatının "C" divizionunda yarımfinal oyununa çıxıb.
TodayPress xəbər
verir ki, yığma ev sahibi Albaniya seçməsi ilə qarşılaşıb və rəqibi üzərində
62-41 hesablı qələbə qazanıb. 18 xal toplamış milli komandanın üzvü Derin
Berköz qarşılaşmanın ən məhsuldar basketbolçusu seçilib. Bu qələbə ilə Azərbaycan
yığması Avropa çempionatının finalına vəsiqə qazanıb. Millinin iyulun 28-də baş
tutacaq final görüşündəki rəqibi Lüksemburq-Ermənistan matçının qalibi olacaq.
tag: Avropa çempionatı, Albaniya, Basketbol, Milli, todaypress.az,