Azərbaycan basketbol millisi Avropa çempionatına qələbə ilə başladı
Azərbaycan basketbol millisi
Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən Avropa
çempionatının “C” divizionunda ilk qrup matçına çıxıb.
TodayPress xəbər verir ki, B qrupunda qərarlaşmış yığmanın ilk rəqibi Moldova seçməsi olub. Oyuna fəal başlayan Anar Sarıyevin yetirmələri yekunda rəqib üzərində 87-76 hesablı qələbəyə seviniblər. Qarşılaşmanın ən məhsuldar basketbolçusu milli komandanın üzvü Rafael Ağayev (24 xal, 12 ribaund) seçilib. Bu qələbə ilə yığmamız yarımfinala vəsiqəni təmin edib. Azərbaycan seçməsinin qrupda sonuncu oyunu iyulun 25-i Bakı vaxtı ilə saat 18:00-da Ermənistan yığmasına qarşı olacaq.
tag: Basketbol, Albaniya, Azərbaycan, Elbasan, todaypress.az,