Azərbaycan basketbol millisi Albaniyanı məğlub etdi
İdman
23.07.2024 21:10
Azərbaycanın 18 yaşadək
qızlardan ibarət basketbol millisi Avropa çempionatında ilk oyununa çıxıb.
TodayPress xəbər verir
ki, yığma Priştinada keçirilən C divizionunun B qrupunda Albaniya seçməsi ilə
üz-üzə gəlib. Görüş milli komandanın 72:53 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın ən məhsuldar
basketbolçusu millimizin üzvü Angelina İsmayılova (21 xal, 4 ribaund) olub.
Azərbaycan yığması qrupdakı növbəti matçını iyulun 24-də Bakı vaxtı ilə saat 19:00-da Gürcüstana qarşı keçirəcək.
tag: Albaniya, Basketbol, Milli, Angelina Ismayılova, todaypress.az,