Azərbaycan Basketbol Liqasının XIX turunda "Neftçi" "Sərhədçi"yə qalib gəldi

İdman

19.03.2025 23:30

933

Azərbaycan Basketbol Liqasının XIX turunda "Neftçi" "Sərhədçi"yə qalib gəlib.

TodayPress xəbər verir ki, məlumatına görə, A qrupunda baş tutan matçda "ağ-qaralar" 84:68 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Quba"nı 112:103, "Ordu" "Lənkəran"ı 87:65, "Abşeron" "Naxçıvan"ı 60:58, "Sabah" isə NTD-ni 105:79 hesabı ilə məğlub edib.

 

tag: Basketboll,Neftçi, Sərhədçi, Abşeron, Sumqayıt, todaypress.az,