Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin oyunu təxirə salındı
Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində bu gün keçirilməli olan "Abşeron" - NTD oyunu təxirə salınıb.
Azərbaycan Basketbol Federasiyasından TodayPress-ə verilən məlumata görə, qarşılaşma Abşeron Olimpiya İdman Kompleksinin tavanında yaranmış texniki problemə görə təxirə düşüb.
Matç sabah, saat 16:00-da baş tutacaq.
Qeyd edək ki, görüş bu gün, saat 19:00-da başlamalı idi.
tag: Azərbaycan, Basketbol, Təxirə, ABşeron, Oyun, todaypress.az,