Azərbaycan Basketbol Liqasında "Neftçi" "Sərhədçi"yə qalib gəldi
İdman
26.12.2024 01:11
Azərbaycan Basketbol Liqasının IX turunda
"Neftçi" "Sərhədçi"yə qalib gəlib.
TodayPress-in məlumatına görə, A qrupunda baş tutan
matçda "ağ-qaralar" 77:65 hesablı qələbəyə sevinib.
Turun əvvəlki oyunlarında "Sabah" NTD-ni 94:68,
"Ordu" isə "Lənkəran"ı 99:51 hesabı ilə məğlub edib.
Qeyd edək ki, IX turun son üç oyunu 2025-ci ildə baş
tutacaq. Qarşılaşmalar matəm günü ilə bağlı təxirə salınıb.
tag: Neftçi, Kubok, Azərbaycan,Sərhədçi, Lənkəran, todaypress.az,