Azərbaycan Basketbol Liqasında "Neftçi" qələbə qazandı
İdman
09.01.2025 21:56
Azərbaycan Basketbol Liqasının X turunda
"Neftçi" qələbə qazanıb.
TodayPress xəbər verir ki, A qrupunda baş tutan matçda
"ağ-qaralar" “Abşeron” kollektivinə 84:76 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, X turun ötən gün keçirilən “Sabah” -
“Naxçıvan” qarşılaşması Naxçıvan təmsilçisinin 80:75 hesablı qələbəsi ilə
yekunlaşıb. Turun digər oyunları yanvarın 11-i və 12-də keçiriləcək.
tag: Abşeron,Sabah, Naxçıvan,Liqa, Neftçi, todaypress.az,