Azərbaycan Basketbol Liqası: "Gəncə" "Sumqayıt" səfərində qələbə qazandı

İdman

28.02.2025 07:12

2975

Azərbaycan Basketbol Liqasının XV turunda "Gəncə" "Sumqayıt" səfərində qələbə qazanıb.

TodayPress xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən B qrupunun oyununda qərb təmsilçisi 90:81 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Neftçi” “Abşeron”u 80:56, "Ordu" isə "Quba"nı 103:68 hesabı ilə məğlub edib.

tag: Basketbol, Gəncə, Sumqayıt, Azərbaycan, İdman, Neftçi, Abşeron, todaypress.az,