Azərbaycan badmintonçusu Paris olimpiadasına qələbə ilə başladı

İdman

30.07.2024 01:00

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

TodayPress xəbər verir ki, kişi badmintonçuların fərdi mübarizəsində gücünü sınayan idmançı E qrupundakı ilk görüşündə avstriyalı Kollins-Valentin Filimonla qarşılaşıb.

Qarşılaşma badmintonçumuzun 2:0 (21:18, 21:11) hesablı qələbəsi ilə yekunlaşıb.

tag: Yay Olimpiya Oyunları, Paris-2024, Edi Reski Dviçayo, Badminton, todaypress.az,