Azərbaycan badmintonçularının Botsvana uğuru

İdman

25.11.2024 14:29

Badmintonçularımız Botsvanada keçirilən “Future” seriyalı “Botswana International 2024” turnirində 3 qızıl və 3 bürünc medal qazanıblar

TodayPress xəbər verir ki, kişi badmintonçuların fərdi yarışında Diki Pangestu, cütlərin yarışında Aqil Qəbilov-Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Aqil Qəbilov-Era Maftuha tandemi Afrika və Avropa ölkələri idmançılarının iştirak etdiyi beynəlxalq turnirdə qızıl medal qazanıb. 

Qarışıq qoşa kateqoriyasında daha bir medalı komandamıza Cahid Əlhəsənov-Həcər Nuriyeva cütü qazandırıb. Yarımfinala qədər irəliləyən badmintonçularımız bürünc medalı təmin ediblər. 

Daha 2 bürünc medal qadın badmintonçuların fərdi yarışında qazanılıb. Həcər Nuriyeva və Era Maftuha müvafiq kateqoriyada fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

 Namiq HUN

tag: Azərbaycan, Bürünc medal, Afrika, Qızıl Medal,Aqil Qəbilov, todaypress.az,