Azərbaycan Avropa çempionatına 22 şahmatçı ilə qatılacaq

İdman

07.11.2024 18:07

Monteneqroda şahmat üzrə şəxsi Avropa çempionatı keçiriləcək. 

TodayPress xəbər verir ki, Petrovaç turnirində Azərbaycan 22 şahmatçı ilə təmsil olunacaq.

Avropa birinciliyində Rauf Məmmədov, Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Riad Səmədov, Namiq Quliyev, Xəzər Babazadə, Vüqar Manafov, Xaqan Əhməd, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Şiroğlan Talıbov, Orxan Abdulov, Allahverdi Həmidov, Şahin Vəliyev, Ümid Aslanov, Elcan Əbdülkərimli, Orxan Bağırov və Kamran Vəlizadə mübarizə aparacaq.

Qeyd edək ki, noyabrın 8-də start götürəcək Avropa çempionatında ümumilikdə 42 ölkə təmsil olunacaq.

Namiq HUN

tag: Azərbaycan, Şahmat, Avropa Çempionatı,Monteneqro,todaypress.az,