Azərbaycan atleti İspaniyada bürünc medal qazandı

İdman

12.01.2025 06:44

Azərbaycan atleti Nazim Babayev İspaniyanın Sabadell şəhərində keçirilən uzunluğa tullanma üzrə yarışda bürünc medal qazanıb.

TodayPress xəbər verir ki, bu barədə Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

O, 7,44 metr nəticə ilə üçüncü yeri tutub. Bu, idmançının 2025-ci ildə ilk medalı olub.

tag: Bürünc, Medal, Azərbaycan, İspaniya, Atletika, todaypress.az,