Azərbaycan akrobatlarından növbəti qızıl medal qazandılar

İdman

22.09.2024 04:53

1235

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında növbəti medalı qazanıblar.

 

Azərbaycan Gimnastika Federasiyasından TodayPress-ə verilən məlumata görə, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü balans hərəkətlərinin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Onlar daha əvvəl qarışıq hərəkətlərdə birinci yeri tutublar.

 

Qeyd edək ki, ötən gün akrobatika yığmamız komanda hesabında gümüş mükafata layiq görülüb. Dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.

 

tag: Daniel Abbasov,Murad Rəfiyev, İdman, Dünya Çempionatı,Akrobatika,todaypress.az,