Azərbaycan akrobatikasının tarixi ili - FOTO

İdman

28.10.2024 15:40

Avropa Gimnastikası (EG) akrobatika mövsümünə yekun vurub.

TodayPress xəbər verir ki, avropalılar üçün akrobatika yarışlarının tam ili başa çatıb. 

Azərbaycan millisi bu il Portuqaliyada keçirilən dünya çempionatında tarixi nəticə əldə edib. Komandamız Gimarayeş mundialında 8 medal qazanaraq yeni rekorda imza atıb. 

Ağasif Rəhimov - Raziyə Seyidli qarışıq cütlüyü və kişilərdən ibarət Murad Rəfiyev - Daniel Abbasov dueti kombinə və balans hərəkətlərində birinci olaraq dünya çempionatının 4 qızıl medalını aktivlərinə yazıblar. 

Bundan başqa hər iki duet və heyəti Seymur Cəfərov, Abdulla Əl-Meşaihi, Rəsul Seyidli, Riad Səfərovdan ibarət kvartet templə hərəkətlərdə bürünc medal qazanıb. Milli komanda yarışında da gümüş medala sahib çıxıb.

Ümumi hesabda Azərbaycan komandası yalnız Belçika (5-0-1) və Çindən (5-0-1) geri qalaraq ilk üçlüyə (4-1-3) daxil olub.

Namiq HUN

tag: Avropa, Gimnastika, Azərbaycan,Ağasif Rəhimov, Raziyə Seyidli ,Daniel Abbasov ,Murad Rəfiyev ,todaypress.az,

photo