Azərbaycan 86 ölkə arasında 24-cü yeri tutur
İdman
10.08.2024 10:49
Azərbaycan Paris Olimpiadasında medal sıralamasında 24-cü pillədə qərarlaşıb.
TodayPress xəbər verir ki, komandanın aktivində 2 qızıl, 2 gümüş və 1 bürünc medal var.
Olimpiya çempionu titullarını millimizə cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qazandırıblar.
Taekvondoçu Qaşım Maqomedov (58 kq) və boksçu Alfonso Dominqes Yay Olimpiya Oyunlarının gümüş medallarına layiq görülüblər.
Olimpiadanın bürünc medalı isə yunan-Roma güləşçisi Həsrət Cəfərovun (67 kq) aktivindədir.
Türkiyə (3 gümüş, 3 bürünc) 61-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 42-ci, İran (2 qızıl, 4 gümüş, 2 bürünc) 23-cü, Ermənistan (2 gümüş, 1 bürünc) medalla 66-cıdır.
İlk "üçlük"də ABŞ (33 qızıl, 39 gümüş, 39 bürünc), Çin (33 qızıl, 27 gümüş, 23 bürünc) və Avstraliya (18 qızıl, 16 gümüş və 14 bürünc) komandaları yer alıblar.
Multiidman oyunlarında 86 ölkə mükafat əldə edə bilib.
Namiq HUN
tag: Azərbaycan, Paris, Medallar, Gümüş, Qızıl, Bürünc, todaypress.az,