“Azerbaijan - Land of Fire” dünya kubokunda ikinci oldu

İdman

27.01.2025 14:14

Qarüstü polo üzrə “Azerbaijan - Land of Fire” komandası İsveçrədə təşkil olunan nüfuzlu turnirdə keçirdiyi bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək final qarşılaşmasına vəsiqə qazanmağı bacarıb. 

TodayPress xəbər verir ki, Sankt Moritz turnirində heyəti kapitan Elçin Camallı, Adrian Laplacette, Raul Laplacette, Tərlan Qurbanəliyev və Əli Rzayev kimi beynəlxalq səviyyədə təcrübəli oyunçulardan ibarət millimiz ilk görüşdə İsveçrənin "The Kusnacht Practice" komandasına 5.5-5 hesabı ilə qalib gəlib. 

İkinci oyunda millimizin rəqibi ABŞ-nin "World Polo League" komandası olub.

“Azerbaijan - Land of Fire” müdafiədəki sabit oyun və komanda taktikasının uğurlu tətbiqi nəticəsində 3.5-3 hesabı ilə qələbə qazanaraq finala vəsiqə yüksəlib.   Həlledici görüşdə İsveçrənin "The Kusnacht Practice" komandasına 4,5-5 hesabı ilə uduzan Azərbaycan komandası turnirin gümüş medallarına layiq görülüb.   

Namiq HUN

tag: Milli,ABŞ,World Polo League,Azerbaijan - Land of Fire,Todaypress.az,