Azarkeşlərlə futbolçular arasında münaqişə yaşandı
Səudiyyə Ərəbistanı çempionatının XX turu çərçivəsində keçirilən “Əl-Hilal” - “Ər-Riyad” matçından sonra qalmaqal yaşanıb.
TodayPress xəbər verir ki, görüş başa çatdıqdan sonra “Əl-Hilal”ın futbolçuları Malkom və Sergey Milinkoviç-Saviçlə azarkeşlər arasında münaqişə yaranıb.
“Əl-Hilal”ın fanatları oyun səviyyəsindən və futbolçuların çıxışından narazılıqlarını bildiriblər. Malkom və Milinkoviç-Saviçlə mübahisə edən azarkeşlər klub rəhbərliyindən futbolçuların göndərilməsini tələb ediblər.
Namiq HUN
tag: Futbol,Əl-Hilal,Ər-Riyad,Münaqişə,Todaypress.az,