Azarkeş baş hakimə rüşvət təklif etdi

İdman

20.02.2025 14:10

1279

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” və “Monako” klubları arasında keçirilən cavab oyununda azarkeş baş hakimə rüşvət təklif edib. 

TodayPress xəbər verir ki, matçın gedişində baş hakim Qlenn Nyuberq mübahisəli epizoda baxmaq üçün VAR monitoruna yaxınlaşıb. Bu zaman yerli komandanın azarkeşlərindən biri qonaqların lehinə penalti təyin olunmasının qarşısını almaq üçün əlində tutduğu pulu referinin gözləri qarşısında yelləməyə başlayıb. İsveçli hakim buna əhəmiyyət verməsə də, sonra 11 metrlik cərimə zərbəsi təyin etməyib.

Qeyd edək ki, iki görüşün nəticəsinə əsasən 4:3 hesablı qələbə qazanan “Benfika” 1/8 final mərhələsinə vəsiqə qazanıb. 

Namiq HUN

tag: UEFA,Çempionlar Liqası,Pley-off ,Benfika,Monako,todaypress.az,